"Bavariya" ilk zərbəni "Borussiya"dan aldı - VİDEO
Almaniya Super Kuboku uğrunda oyun keçirilib.
Fanat.Az xəbər verir ki, "Siqnal İduna Park"da keçirilən görüşdə Dortmund "Borussiya"sı və "Bavariya" üz-üzə gəlib. Oyun "Borussiya"nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları 48-ci dəqiqədə Pako Alkaser, 69-cu dəqiqədə isə Sanço vurub.
Beləliklə, "Borussiya" tarixində 6-cı dəfə Almaniya Super Kubokunu qazanıb. Bu mükafatı ən çox - 7 dəfə qazanan komanda isə "Bavariya"dı.
Qeyd edək ki, "Bavariya" son mövsümdə Bundesliqanın və Almaniya Kubokunun qalibi olub. "Borussiya" isə Bundesliqanın gümüş medalçısı kimi Super Kubokda işturak hüququ qazanıb.