İngiltərə Premyer Liqasının 2019/20 mövsümünə start verilib.
Fanat.Az xəbər verir ki, açılış oyununda "Liverpul” "Norviç”i qəbul edib. "Anfild” stadionunda baş tutan oyun ev sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.
7-ci dəqiqədə topu öz qapısına göndərən Qrant Hanley "Liverpul"u sevindirib. 19-c dəqiqədə Məhəmməd Salah, 28-ci dəqiqədə Virjil van Deyk və 42-ci dəqiqədə isə Divok Oriqi fərqlənib. Qonağların heyətində təsəlli qoluna 64-cü dəqiqədə Tim Pukki imza atıb.
Fanat.Az