"Qalatasaray"a transferi gündəmdə olan Radamel Falkao açıqlama verib.
Fanat.Az xəbər verir ki, "Monako"nun kolumbiyalı ulduzu İstanbul klubunda oynamaq istədiyini bildirib.
"Qalatasaray"da oynamaq karyeramın bu mərhələsində həyacanverici olar. Vəziyyəti dəyərləndirirəm, ümid edirəm ki, ən qısa zamanda transfer həll olunar. Futbol Türkiyə və Argentina kimi ölkələrdə xüsusi həyacanla yaşanır. Bu da bizi bu idman növünə daha həyacanla bağlayır. İmzalar atılmayıbsa, transfer tamamlanmayıb. Avropada savaşmaq və yüksək səviyyədə oynamaq istəyirəm" deyə Falkao qeyd edib.
Bu arada "Qalatasaray"ın vitse-prezidenti Abdurrahim Albayrak və menecer Ahmet Bulut transferi bitirmək üçün Monakoya yollnıb. "TRT Spor"un məlumatına görə, keçid böyük ölçüdə həll olunub və Falkao bazar ertəsi İstanbula gələrək tibbi müayinədən keçəcək. Bundan sonra isə rəsmi müqavilə imzalanacaq.
Fanat.Az