İspaniya La Liqasında 2019/20 mövsümünə start verilib.
Fanat.Az xəbər verir ki, açılış matçında "Barselona" "Atletik"in qonağı olub.
Oyunda bir qol vurulub və "Atletik" qalib gəlib. Yeganə qola 89-cu dəqiqədə Aritz Aduriz imza atıb.
Beləliklə, son 10 mövsümdə startda qalib gələn "Barselona" 2008-ci ildən sonra ilk dəfə birinci turda xal itirib.
Fanat.Az