"Mançester Siti" İngiltərə Premyer Liqasının III turunun matçında "Bornmut"a qalib gəlib.
Fanat.Az xəbər verir ki, Bornmutda keçirilən qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Qaliblərin heyətində Serxio Aquero dubl edib, həmçinin Rahim Sterlinq fərqlənib. Meydan sahiblərinin yeganə qolunu Harri Uilson vurub.
"Mançester Siti" növbəti turda "Brayton"u qəbul edəcək. "Bornmut" "Lester"lə qarşılaşacaq.
Fanat.Az