Avropa Liqasının qrup mərhələsində püşkatma mərasiminin vaxtı açıqlanıb.
Fanat.Az xəbər verir ki, avqustun 30-u Monakoda keçiriləcək mərasim Bakı vaxtı ilə saat 15.00-da başlayacaq.
Qeyd edək ki, Avroliqanın 12 qrupunda 48 komanda mübarizə aparacaq. Qruplarda ilk 2 yeri tutan komandalar mübarizəni pley-off mərhələsində davam etdirəcək. Çempionlar Liqasında 3-cü yeri tutmuş 8 komanda da onlara qoşulacaq.
Avroliqada mübarizə aparan Azərbaycan təmsilçisi "Qarabağ” bu həftə keçiriləcək pley-off mərhələsində "Linfild”lə cavab oyunundan qalib ayrılacağı təqdirdə, qrup mərhələsinə vəsiqə qazanacaq. Ağdam klubu ilk oyunda 2:3 hesabı ilə yenilib. "Qarabağ” - "Linfild” görüşü avqustun 29-u Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Fanat.Az