İtin meydana daxil olması səbəbindən futbol oyunu dayandırılıb.
Fanat.Az xəbər verir ki, hadisə Braziliya A Seriyasının matçında baş verib.
Çempionatın XVI turunun "Maseyo” - "Kruzeyro” qarşılaşmasnın 76-cı dəqiqəsində meydana it gitib. Stadion əməkdaşlarının onu qazondan çıxarmaq cəhdləri nəticəsiz qalıb. Bu səbəbdən oyun bir müddət dayandırılıb. İt özü meydançanı tərk edib və qarşılaşma başa çatıdırılıb.