"Traktor" İran çempionatının VI turunda "Pars Cam Buşəhər"i qəbul edib və 1:0 hesablı qələbə qazanıb.
Fanat.Az xəbər verir ki, 25-ci dəqiqədə Ehsan Hacsafinin vurduğu qol oyunu televiziyada şərh edən şərhçini özündən çıxarıb.
O, qolu bu sözlərlə təqdim edib:
Bəxt içində bəxt idi bu
Gör necə bir bəxt idi bu
Qolu vuran Ehsan Hacsəfi
Gör, necə xoşbəxt idi bu
Fanat.Az