UEFA özünün təşkil etdiyi turnirlərin püşakatmalarında Rusiya və Kosovo milli komandalarını eyni qrupa salmayacaq.
Fanat.Az-ın qurumun saytına istinadən məlumatına görə, qərar UEFA Fövqəladə Komissiyasının iclasında qəbul edilib.
Səbəb kimi iki ölkənin təmsilçiləri arasındakı oyunların keçirilməsi ilə bağlı təhlükəsizlik riskləri göstərilib.
2021-ci ildə keçiriləcək qadınlararası Avropa çempionatının seçmə mərhələsində Rusiya və Kosovo milliləri eyni qrupa düşüb. Həmin görüşlərin isə neytral meydanda olacağı vurğulanıb.
Fanat.Az