"Liverpul” müdafiəçisi Joel Matiplə müqavilə yeniləyib.
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Premyer Liqa nəhəngi 28 yaşlı futbolçu ilə müqavilənin müddətini 2024-cü ilin sonuna qədər uzadıb. Kamerun yığmasının formasını geyinən Matipin mövcud müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaqdı.
Almaniyada anadan olan, bu ölkənin "Şalke” klubunun yetirməsi olan Joel "Liverpul”da 2016-cı ildən çıxış edir. O, bu komandada 107 oyuna çxıb, bu mövsüm isə 2 qol vurub.
Fanat.Az