Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Sevilya" İspaniya La Liqasında növbəti oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, öz meydanında "Levante"ni qəbul edən Əndəlüs təmsilçisi 1:0 hesablı qələbə qazanıb. Yeganə qola 86-cı dəqiqədə De Yonq imza atıb.
Qeyd edək ki, "Sevilya" 16 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. Komandanı lider "Barselona"dan 3 xal ayırır.
Fanat.Az