"Arsenal"dakı durumu ilə barışmayan Məsut Özil komandasını dəyişməyə hazırlaşır.
Fanat.Az-ın Britaniya mətbuatına istinadən məlumatına görə, 31 yaşlı futbolçu qış fasiləsində "topçular"dan ayrılmaq niyyətindədi.
Almaniya yığmasının sabiq üzvü karyerasını ABŞ-da davam etdirə bilər. "İnter Mayami" türkü rənglərinə bağlamaqda qərarlıdı. Onu "Di Si Yunayted" də sıralarında görmək istəyir. Ancaq Özilin Devid Bekhemə məxsus "İnter Mayami"yə keçmək ehtimalı böyükdü.
Qeyd edək ki, Özil bu mövsüm Premyer Liqada cəmi 1 oyuna çıxıb.
Fanat.Az