Türkiyə Super Liqasının 9-cu turunda səfərdə "Beşiktaş”a 0:1 hesabıyla yenilən "Qalatasaray” antirekord müəyyənləşdirib.
Fanat.Az xəbər verir ki, istanbullular bu mövsüm rəqib qapılarından cəmi 9 qol keçirib ki, bu da son 30 ilin ən pis göstəricisidi. "Aslan” son dəfə 1989/1990 mövsümünün ilk 9 turunda 9 qol vurmuşdu. Ondan sonrakı mövsümlərdə bu komanda ilk 9 tura ən azı 10 qol vururdu. Bütövlükdə isə "Qalatasaray” bu mövsüm 13 rəsmi oyuna çıxıb, bu qarşılaşmalardan 7-də rəqib qapılarına yol tapa bilməyib.
Super Liqada 9 tura 13 xal yığan "Qalatasaray” hazırda turnir cədvəlində 7-ci yerdədi.
Fanat.Az