İngiltərə Liqa Kubokunda 1/8 finalın oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, ötən axşam "Çelsi" "Mançester Yunayted"i qəbul edib. 2:1 hesablı qələbə qazanan qonaqlar 1/4 finala çıxıb.
"Mançester Yunayted"in heyətində Markus Raşford dubl edib. "Çelsi"nin qoluna isə Mişi Batşuayi imza atıb.
Fanat.Az