Türkiyə Super Liqasında X turunun ilk qarşılaşması baş tutub.
Fanat.Az xəbər verir ki, yeganə matç İstanbulda baş tutub və "Qalatasaray” "Rizəspor”dan qəbul edib. Meydan sahibləri rəqibinə 2 cavabsız qolla qalib gəlib.
İlk topu 15-ci dəqiqədə Montassar Talbi öz qapısına vurub. 3 dəqiqə sonra isə Rayan Babel penaltidən fərqlənib.
Qeyd edək ki, "Qalatasaray" 10 turdan sonra 16 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. "Rizəspor" isə 11 xalla 14-cüdü.
Fanat.Az