"Bavariya" baş məşqçi Niko Kovaçı istefaya göndərib.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, mütəxəssislə müqavilə ikitərəfli razılıq əsasında pozulub. Klub Kovaça təşəkkür edib və ona sonrakı karyerasında müvəffəqiyyətlər arzulayıb.
Qeyd edilir ki, komandanı ən yaxın matçlarda Kovaçın köməkçisi Hans Flik hazırlayacaq.
Qeyd edək ki, "Bavariya" Bundesliqada 18 xalla dördüncü yeri tutur. Komanda son matçda "Ayntraxt"a 1:5 hesabı ilə uduzub.
Fanat.Az