"Sabah”la danışıqlar aparmaq üçün sentyabr ayında Bakıya Yuri Vernidubun yeni iş yeri müəyyənləşib.
Fanat.Az xəbər verir ki, 53 yaşlı ukraynalı mütəxəssis Belarusun "Şaxtyor” klubunun baş məşqçisi təyin olunub. Bu barədə Soliqorsk təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, Elşad Əhmədovun istefasından sonra "Sabah”ın baş məşqçi postu müvəqqəti olaraq İqor Ponomaryova tapşırılıb. Bakı klubu Yuri Vernidubla yanaşı, türkiyəli Ümit Özat və gürcüstanlı Georgi Tsetsadze ilə də danışıqlar aparıb.
Fanat.Az