"Brügge"nin baş məşqçi Filipp Kleman Mbaye Diangeni heyətdən kənarlaşdırıb.
Fanat.Az xəbər verir ki, seneqallı hücumçuya böyük məbləğdə cərimə də kəsilib.
Buna səbəb 28 yalı forvardın PSJ ilə Çempionlar Liqasının oyununun 76-cı dəqiqəsində penaltidən yararlana bilməməsi olub. Belə ki, "Brügge" 0:1 hesabı ilə geridə olduğu vaxt penalti qazanıb. Zərbəni kapitan Hans Vanaken yerinə yetirmək istəsə də, Diange buna imkan verməyib. Amma onun zərbəsini rəqib qapıçı dəf edib.
Oyundan sonra iki futbolçu arasında münaqişə yaranıb. Hans Vanakenin atdığı su qabına afrikalı forvard cavab verməyib. Daha sonra kapitan klub rəhbərliyi qarşısında "Ya Diange gedəcək, ya da mən" tələbi qoyub. Baş məşqçi isə afrikalı oyunçunu Belçika çempionatında növbəti turun "Antverpen"lə matçına aparmamağı qərara alıb.
Qeyd edək ki, Mbaye Diange "Qalatasaray"a məxsusdu və "Brügge"yə icarəyə verilib. forma geyinib. O, Belçika klubunda keçirdiyi 9 oyunda 4 qol vurub.
Fanat.Az