Sabah "Qalatasaray” Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində "Brügge”ni qəbul edəcək.
Fanat.Az xəbər verir ki, Türkiyə çempionu meydana ciddi itkilərlə çıxacaq.
Baş məşqçi Fatih Terim bildirib ki, Hollandiya millisinin heyətində dizindən zədələnən hücumçu Rayan Babel, Konqo millisinin heyətində ağır xəsarət alan və mövsümü başa vuran Kristian Luyindama, həmçinin bir müddətdi zədəli olan Radamel Falkao, Florin Andone və Şener Özbayraklı meydana çıxamayacaq.
Steven N'Zonzi və Yunus Akgün isə cəza səbəbindən kənarda qalacaq.
Qeyd edək ki, "Qalatasaray” - "Brügge” matçı Bakı vaxtı ilə saat 21.55-də start götürəcək. "Brügge" 4 turdan sonra 2 xalla 3-cü, "Qalatasaray" 1 xalla sonuncu pillədə qərarlaşıb.
Fanat.Az