"Bavariya”nın hücumçusu Robert Levandovski Çempionlar Liqasının tarixinə düşüb.
Fanat.Az qrup mərhələsinin V turunun "Srvena Zvezda” ilə Serbiyadakı görüşündə 31 yaşlı forvard 14 dəqiqə 31 saniyə ərzində 4 qol vuran polşalı futbolçu yarışın tarixində ən sürətli pokerinin müəllifi olub.
Levandovski həm də "Bavariya”nın tarixinə düşüb. O, Münhen klubunun heyətində Çempionlar Liqasında ən çox qol vuran futbolçu ünvanına yiyələnib. Onun aktivində 46 qol varr. Levandovski Münhen klubunun bu turnirdəki bombardiri Tomas Mülleri (43 qol) geridə qoymağı bacarıb.
Hücumçunun Çempionlar Liqasındakı ümumi qol sayı isə 63-ə çatıb. 4-cü pillədə olan forvard Kriştiano Ronaldo (127), Lionel Messi (113), Rauldan (71) geri qalır və Kərim Benzema ilə şərikdi.
Qeyd edək ki, Levandovski Çempionlar Liqasında qrup mərhələsinin ilk 5 turunda meydanı qolsuz tərk etməyən 5-ci futbolçudu. Ona qədər Alessandro Del Pyero, Sergey Rebrov, Kriştiano Ronaldo və Neymar bunu bacarıb.
Fanat.Az