"Yuventus”un "Barselona”nın yarımmüdafiəçisi İvan Rakitiçi heyətinə qatmağa çalışdığı ilə bağlı xəbərlərin səngimədiyi vaxtda İtaliya təmsilçisindən mövcud duruma reaksiya gəlib.
Fanat.Az xəbər verir ki, Turin təmsilçisinin idman direktoru Fabio Paratiçi bu məlumatı təkzib edib.
Klub rəsmisi ESPN-ə açıqlamasında belə deyib: "Komandamızda əla futbolçular var. Buna görə də hazırda güclənməyə ehtiyac duymuruq. Hər mövqedə güclü oyunçulara sahibik”.
Qeyd edək ki, Rakitiç bu mövsüm daha çox ehtiyatda qalır. Bu üzdən İspaniya mətbuatı xorvat futbolçunun Kataloniya klubundan ayrılacağını iddia edir.
Fanat.Az