İngiltərə Premyer Liqasında XV turun oyunları davam edir.
Fanat.Az xəbər verir ki, lider "Liverpul" ötən axşam "Everton"u qəbul edib. 7 qolun vurulduğu oyunda meydan sahibləri qələbə qazanıb - 5:2.
"Liverpul"un heyətində Divok Origi dubl edib, Herdan Şaqiri, Sadio Mane və Corcinio Viynaldum fərqlənib. "Everton"nun qollarına isə Mişael Keyn və Riçarlison fərqlənib.
Qeyd edək ki, "Liverpul" 15 turdan sonra 43 xalla turnir cədvəlinə başçılıq edir və ən yaxın izləyicisi "Lester"i 8 xal qabaqlayır.
Fanat.Az