Braziliyanın ən köklü klublarından "Kruzeyro” A Seriyasını tərk edib.
Fanat.Az xəbər verir ki, 38 turda 36 xal toplayan Portugeze təmsilçisi 17-ci pilləni tutaraq 98 illik tarixində ilk dəfə B Seriyasına düşüb.
Uğursuzluğu həzm edə bilməyən fanatlar son turda "Palmeyras”a (0:2) məğlubiyyəti həzm etməyərək tribunalarda dava salıblar. Onları təhlükəsizlik əməkdaşları güclə sakitləşdiriblər. Polislər azarkeşləri dağıtmaq üçün əl qumbarasından istifadə ediblər.
Çoxlu sayda həbs edilən və yaralının olduğu bildirilir. Stadiona və xidməti otaqlara xeyli ziyan dəyib.
Fanat.Az