"Çelsi" klubunu satın almaq istəyən var.
Fanat.Az xəbər verir ki, "Eldridge Industries"in prezidenti və "Guggenheim Partners"in ortağı Todd Boehli London klubunu almaq istəyir.
İngiltərə mediasının məlumatına görə, beysbol klubu "Los Anceles Dodgers"in saşibi olan amerikalı iş adamı Premyer Liqaya yatırım etmək niyyətindədi və bu səbəbdən "Çelsi"yə elçi düşüb.
İddialara görə, Todd Boehli "Çelsi"nin hazırkı sahibi Roman Abramoviçə 3 milyard funt-sterlinq (təxminən 6,7 milyard manat) təklif edib.
Fanat.Az