PSJ və "Yuventus" futbolçularını dəyişdirə bilər.
Fanat.Az "Tuttosport"a istinadən xəbər verir ki, Paris klubu "Zenit"dən 40 milyon avroya aldığı yarımmüdafiəçi Leandro Paredesi Turun təmsilçisinə verməyə hazırdı. Əvəzində qarşı tərəfdən yarımmüdafiəçi Emre Canı istəyir.
Bildirilir ki, tərəflər artıq müvafiq saziş haqqında danışıqlar aparır. Futbolçuların özləri də belə bölgüyə qarşı çıxmayıblar.
Fanat.Az