"France Football" nəşri PSJ-nin futbolçusu Kilian Mbappeni Fransada 2019-cu ilin ən yaxşı oyunçusu elan edib.
Fanat.Az xəbər verir ki, gənc ulduz bu mükafata karyerası ərzində 2-ci dəfə layiq görülüb. Fransalı hücumçu ötən il də ölkənin ən yaxşı oyunçusu seçilmişdi.
Qeyd edək ki, Mbappe ötən mövsüm ölkə çempionatında 29 matçda 33 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.
Fanat.Az