UEFA 1955-2019-cu illərdə Çempionlar Liqasında çıxış edən ən güclü klubların adını açıqlayıb.
Fanat.az xəbər verir ki, siyahıda Türkiyənin "Qalatasaray" klubunun da adı var. İstanbul təmsilçisi siyahıda 23-cü sırada yer alıb.
Avropanın ən uğurlu klubları sırasında olan "Qalatasaray" Çempionlar Liqasında çıxış etdiyi 175 oyunun 57-də qələbə, 43-də heç-heçə əldə edib. 75 matçda isə məğlubiyyətə üzülüb.
Qapısında 272 qol görən türk komandası rəqib qapısına 213 dəfə yol tapıb və hesabında 157 xal var.
Siyahıda yer alan digər türk klublarından "Fənərbaxça" 47, "Beşiktaş" 55, "Trabzonspor" 116, "Başakşəhər" 315, "Sivasspor" 384, "Bursaspor" isə 445-ci sırada yer alıb.
Qeyd edək ki, ən güclü klublar siyahısına "Real" (Madrid) başçılıq edir.
Fanat.az