"Roma" klubunun sahibi dəyişir.
Fanat.Az xəbər verir ki, İtaliya klubunun amerikalı sahibi Ceyms Pallotta "Roma"nı həmyerlisi Dan Friedkinə satır.
Dan Friedkinin klubu satın almaq üçün təxminən 900 milyon avro ödəyəcəyi deyilir. Bir müddətdi davam edən danışıqlar prosesinin son günlər ürətləndiyi, satış prosesinin yanvarın ilk günlərində başlayacağı iddia olunur.
Qeyd edək ki, 2011ci ildən "Roma"ya başçılıq edən Ceyms Pallotta klubla heç bir kubok qazana bilməyib.
Fanat.Az