"Barselona" baş məşqçi dəyişikliyinə hazırlaşır.
Fanat.Az "Sport"a istinadən xəbər verir ki, klub rəhbərliyi mövsümün sonunda müqaviləsi başa çatacaq Ernesto Valverdeni yola salmaq niyyətindədi.
Başi məşqçi postuna namizədlər arasında Ronald Koeman, Marselo Qallardo, Erik ten Haaq və Roberto Moreno kimi tanınmış mütəxəssisərlə yanaşı, Tyerri Anrinin də adı var. Hətta iddialara görə, bu posta əsas namizəd məhz Anridi. Onun Lionel Messi, Cerard Pike, Serxio Buskets kimi komandanın aparıcı üzvləri ilə birlikdə oynaması və "Barselona"nın ənənələrinə bələd olması əsas üstünlüyüdü.
Qeyd edək ki, Anri 2007-2010-cu illərdə "Barselona"da çıxış edib. Bu müddətdə o, La Liqanın (2 dəfə), "Kral Kuboku"nun, İspaniya Super Kubokunun, Çempionlar Liqasının, UEFA Super Kubokunun və klublararası dünya çempionatının qalibi olub. Hazırda MLS klublarından "Montreal İmpakt"ı çalışdıran 42 yaşlı fransız mütəxəssisin 2021-ci ilə qədər müqaviləsi var.
Fanat.Az