"Trabzonspor”un yeni baş məşqçisi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, Ünal Karamanla yollarını ayıran Qaradəniz təmsilçisini köməkçi-məşqçi Hüseyin Çimşir çalışdıracaq. Bunu klub prezidenti Əhməd Ağaoğlu deyib.
"Trabzonspor”un sabiq futbolçusu məşqçilik karyerası ərzində "Akhisarspor”, "Kayseri Ərciyyəspor”, "Osmanlıspor”, "Trabzonspor”da köməkçi-məşqçi kimi çalışıb. Çimşir yanvarın 5-dən "Trabzonspor”dakı yeni vəzifəsinə başlayacaq.
Fanat.Az