"Atalanta" klubunun futbolçusu
"Yuventus" Deyan Kulusevskinin transferini açıqlayıb.
Fanat.Az Turin təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçinin transferi üçün "Atalanta"ya 35 milyon avro ödənilib. Bu məbləğ müxtəlif bonuslar hesabına daha 9 milyon avro arta bilər.
Kulusevski mövsümün ikinci yarısını ötən yaydan icarə əsasında keçirdiyi "Parma"da oynayacaq. O, "Yuventus"la 5 illik müqavilə bağlayıb.
Qeyd edək ki, Deyan Kulusevski bu mövsüm "Parma"da 19 oyuna 4 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Fanat.Az