"Real" gələn yay heyətində gəncləşdirmək istəyindədi.
Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, "Kral Klubu"nun baş məşqçisi Zinəddin Zidan "Lill"in 3 gənc futbolçusuna göz dikib.
Belə ki, mütəxəssis Fransa klubundan mərkəz müdafiəçisi Qabriel, yarımmüdafiəçi Bobakari Sumare və hücumçu Viktor Osimheni hədəfə alıb. "Real"ın yayda bu futbolçular üçün qarşı tərəflə danışıqlar aparacaq.
Qeyd edək ki, 22 yaşlı Qabriel "Lill"ə 2017-ci ildə Braziliyanın "Avay" klubundan 3 milyon avroya keçib. Mərkəz müdafiəçisi bu mövsüm 23 rəsmi matçda meydana çıxıb.
20 yaşlı Bobakari Sumare PSJ-nin yetirməsidi və 2017-ci ildə "Lill"ə azad agent kimi transfer olunub. Yarımmüdafiəçi bu mövsüm 23 rəsmi qarşılaşmada forma geyinib.
20 yaşlı Viktor Osimhen isə bu ilin yayında Belçikanın "Şarleru" klubundan 12 milyon avroya transfer olunub. Nigeriyalı forvard cari mövsümdə oynadığı 24 oyunda 13 qol vurub və 4 məhsuldar ötürmə edib.
Fanat.Az