"Çelsi"nin baş məşqçisi Frenk Lempard Olivier Jirunun komandadakı gələcəyi barədə danışıb.
Fanat.Az xəbər verir ki, ingilis mütəxəssis hücumçunun qış transfer pəncərəsində London klubunu tərk edə biləcəyini deyib:
"Hələlik Olli ilə bağlı yeni xəbər yoxdu, amma mən onunla danışmışam. Jirunun marağını cəlb edən, kluba sərf edən və komandaya ziyan vurmayacaq təklif olsa, dəyərləndirəcəyik. Dediyim kimi, ilk növbədə şərtlər bütün tərəfləri qane etməlidi. İndilik gözləməliyik".
Qeyd edək ki, Jirunun adı "Nyukasl", "Yuventus" və "İnter"lə birlikdə hallanır.
Fanat.Az