İngiltərə Liqa Kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, "Mançester Yunayted" "Old Trafford"da "Mançester Siti"ni qəbul edib və 1:3 hesabı ilə uduzub.
"Mançester Siti"nin heyətində Bernardo Silva və Riyad Mahrez fərqlənib. Bir qolu isə Andreas Perreyra öz qapısına vurub. "Mançester Yunayted"in yeganə qoluna isə Markus Raşford imza atıb.
Qeyd edək ki, bu komandalar arasında cavab görüşü yanvarın 29-u keçiriləcək.
Fanat.Az