"Qalatasaray"ın futbolçusu Rayan Babelin "Ayaks"a keçidi rəsmiləşib.
Fanat.Az İstanbul klubunun saytına istinadən xəbər verir ki, 33 yaşlı hücumçu 2019/20 mövsümünün qalan hissəsini icarə əsasında Hollandiya təmsilçisində keçirəcək. "Ayaks" hollandiyalı oyunçu üçün "Qalatasaray" 1 milyon 550 min avro icarə haqqı ödəyəcək.
Qeyd edək ki, R.Babel bu mövsüm Türkiyə Superliqasında 15 matçda 5 qol vurub.
Fanat.Az