Qazaxıstanın "Astana" klubu əsas komandanın baş məşqçisi Roman Qriqorçukla yollarını ayırıb.
Fanat.Az xəbər verir ki, bu barədə Qazaxıstan klubunun rəsmi saytı məlumat yayıb.
Tərəflərin qarşılıqlı razılıq əsasında yolları ayırdığı bildirilib. Ukraynalı mütəxəssislə yanaşı, köməkçiləri - Mixail Savka, Anatoli Korotya və Andrey Qluşenko da paytaxt təmsilçisini tərk edib.
Qeyd edək ki, Roman Qriqorçuk 2018-ci ilin yayından "Astana"nın baş məşqçisidir. 2015 - 2018-ci illərdə "Qəbələ"də işləyən ukraynalı məşqçi ardıcıl iki dəfə (2015/16, 2016/17 mövsümlərində) Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.
Fanat.Az