"Barselona" rənglərinə yeni hücumçu bağlayıb.
Fanat.Az klubun
saytına istinadən xəbər verir ki, Kataloniya təmsilçisi "Albasete"dən
Rey Manajı alıb.
Albaniyalı forvardla müddəti 2023-cü ilin yayında bitəcək müqavilə imzalanıb. "Barsa" 22 yaşlı Manaja görə qarşı tərəfə 700 min
avro ödəyib.
Qeyd edək ki, sözügedən ön xətt oyunçusu bu mövsüm
Sequndada 10 görüşdə 3 qola imza atıb.
Fanat.Az