"Beşiktaş” rəhbərliyi
əsas komandanın baş məşqçisi Abdullah Avcı ilə vidalaşıb.
Fanat.Az klubun
rəsmi saytına istinadən xəbər verir ki, ənənəvi
qaydada 56 yaşlı mütəxəssisə təşəkkür
edilib və ona gələcək karyerasında uğurlar arzulanıb.
Qeyd edək ki, son olaraq Türkiyə kubokunun 1/16 final mərhələsində
"Erzurumspor”a evdə 2:3 məğlub olan "Beşiktaş” mübarizəni erkən dayandırıb.
Bundan sonra azarkeşlər sosial şəbəkələrdə Abdullah Avcının istefasını tələb
ediblər.
Avcı mövsümün əvvəlində "Başakşəhər”dən "Beşiktaş” keçmişdi. İstanbul klubu hazırda Superliqada 30 xalla 7-ci pillədədir və lider "Sivasspor"dan 10 xal geri qalır.
Fanat.Az