22:25 02.02.2020 2679

Dünyanın siqaretçəkən futbol ulduzları - Messi, Buffon, Runi, Ramos...

Siqaretlə idmanı bir arada təsəvvür etmək çətin olsa da, futbol ulduzları arasında zərərli vərdişə boyun əyənlər az deyil. Bu yazıda tütün tüstüsünü ciyərlərinə çəkən ulduzlardan danışacağıq. Sayları o qdərə çoxdur ki, onlardan xəyali superkomanda formalaşdırmaq, əsas heyəti qurmaq, ehtiyat oyunçular skamyasını doldurmaq olar.

 

Biz isə Fanat.Az olaraq daha məşhurlarını seçməyə çalışdıq.

 

Lionel Messi (Barselona)

Meydandan kənarda yetərincə intizamlı görünən Messi 2011-ci ildə paparatsilərə əla material verib. İkinci dəfə superulduzun siqaret çəkdiyini görən olmayıb. Bu isə o deməkdir ki, argentinalı tütünün dadını bilir.


Canluici Buffon (Yuventus)

42 yaşlı Cici yaşıl meydanlardan, qazon qoxusundan doymayıb. Şəxsi avtomobilində siqareti acgözlüklə qullabladığı zaman fotosu çəkilən təcrübəli ulduz "çəkmirəm” sözünü dilinə gətirməyib. Nə vaxt soruşublarsa, danmayıb, gizlətməyib. Təbii, bu yaşda siqaret üzündən Buffonun karyerasında problem yaranmayacaq.


Voytsex Şensnı (Yunentus)

Buffonun "Yuventus”dakı daha gənc həmkarı da özündən geri qalmır. Qolkiper "Arsenal”da, Arsen Venger dönəmində duş kabinəsində "tüstülədiyinə” görə heyətdən uzaqlaşdırılmışdı. Turin təmsilçisinə keçəndən sonra İtaliya mətbuatına tərgitdiyini deyən qapıçı 2 ay öncə yenə siqaret çəkərkən yaxalanıb. Görünən budur ki, tənbehdən dərs çıxartmayıb. Ya da nəfsinə qalib gəlməyi bacarmır.

 

Jerar Pike (Barselona)

 

2-3 dəfə damağında siqaret və siqarla görüntülənən ulduz buna görə heç vaxt cəzalandırılmayıb, "Barsa”nın ehtiyat oyunçular skamyasına göndərilməyib.


Serxio Ramos (Real)

 

2012-ci ildə dostlarının əhatəsində qəlyan "dartarkən” yaxalanan müdafiəçi vərdişindən əl çəkməyib. Təsadüfi deyil ki, İspaniya mətbuatı ara-sıra bu məsələni qabardır. Arxa xətt oyunçusunun adı həmişə siqaretçəkənlər siyahısına salınır.

 

Eşli Koul (karyerasını bitirib)

 

MLS-ə karyerasının qürub çağlarında yollanan, "Derbi Kaunti”də yaşıl meydanlarda son tərini tökən, ötən yay butslarını mıxdan asan Koul gənc yaşlarından siqaretə qurşanıb. Əvvəllər gizlətsə də, zaman ötdükcə ictimaiyyətdən gizlətməyə belə, ehtiyac duymurdu.


 

Fabiu Koentrau (karyerasını bitirib)

 

2012-ci ildə siqaret çəkdiyi üzə çıxan Portuqaliya millisinin sabiq üzvü həmin vaxt Joze Mourinyonun rəhbərlik etdiyi "Real”da top qovurdu. Karyerasını 3 gün öncə bitirən futbolçu bunun bir təsadüf olduğunu iddia etsə də, Mour doğum günündə nikotinə olan tələbatını həvəslə ödəyən oyunçunu cəzalandırmağı özünə borc bilmişdi. O, "Vilyarreal”a qarşı La Liqa matçını buraxmalı olmuş, üstəlik, para cəzasıyla da üzləşmişdi. Hərçənd bütün bunlar siqaretə olan ehtirasını azaltmamışdı. Portuqaliya mətbuatına inansaq, o, həm marixuana, həm də siqaretlə indi də dostluq edir.


 

Marko Verratti (PSJ)

2012-ci ildən Paris təmsilçisində top qovan Marko bu vərdişinə görə, "Barselona”nın transfer siyahısından silinib. Müxtəlif yerlərdə siqaretlə görüntülənən yarımmüdafiəçi bir ara PSJ-ni çalışdıran Unai Emeri ilə də bu üzdən ciddi problem yaşamış, tərəflər sonradan ümumi dil tapmışdı. Yəqin, Avropa futboluyla yaxından maraqlananlar Verrattinin komanda yoldaşı Markinyosun xanımının "İnstaqram”a yerləşdirdiyi fotonu da xatırlayır. Bu, italyanın son yaddaqalan siqaret qalmaqalı sayılsa da, səbəbkar hələ də "ömür yoldaşı”ndan ayrılmır.

 

Cek Uilşir (Vest Hem)

 

10 il "Arsenal”da olan 1992-ci il doğumlu Cek heç vaxt böyük ulduza çevrilə bilmədi. Səs-küylü məkanları, gecə klublarını və siqareti sevən yarımmüdafiəçinin həyat tərzi üzündən arzulanan səviyyədə inkişaf etmədiyini düşünmək çətin deyil. İngiltərə mətbuatı Uilşirin zərərli vərdişlə bu gün də vidalaşmadığını yazır.


Raca Nainqolan (Kalyari)

 

Hələ "Roma”da top qovduğu dönəmdə Yeni ili qeyd edən indoneziyalı özünə problem yaratmışdı. "İnstaqram” hesabında canlı efirə çıxan Belçika millisinin sabiq üzvü bütün izləyicilərin gözü qarşısında spirtli içki və siqaret qəbul etmiş, bolluca söyüş söymüşdü. Düzdü, hazırda "Kalyari”də çıxış edən oyunçu bu hərəkətinə görə hamıdan üzr istəmişdi. Ancaq siqaret çəkdiyini dəfələrlə etiraf edib.


Ueyn Runi (Derbi Kaunti)

Hamının yaxşı tanıdığı Runi "Mançester Yunayted”in əfsanəvi çalışdırıcısı Aleks Ferqyüsonun təkidlərinə baxmayaraq siqareti heç vaxt atmayıb. İngiltərə mətbuatı onun yetkinlik yaşına çatmadan siqaret aludəçisinə çevrildiyi barədə az yazmayıb. Ən maraqlısı isə barda, basseyndə, çimərlikdə siqaret çəkərkən kameraların obyektivinə tuş gələn ulduzun pis vərdişi boynuna almamasıdı.


Neymar (PSJ)

7 il əvvəl ünlü İtaliya nəşri "La Gazzetta dello Sport” reklam rolikinin çəkilişləri zamanı siqaret çəkən Neymarın şəklini dərc etmişdi. Bu, Neymarın yeganə belə şəklidi. Amma yorucu işdən bezən braziliyalının siqaret çəkməyə çıxması və obyektivlərə yaxalanması hər şeyi deyir. Elə ötən il keçmiş sevgililərindən biri Fransa mətbuatına onun tütünsüz qalmadığını açıqlamaqla cənubi amerikalıdan qisas almağa çalışıb.


Mario Balotelli (Breşia)

Qalmaqallı, dəlisov Mario "Mançester Siti”də oynadığı vaxtlarda komandanın baş məşqçisi olan Roberto Mançini belə demişdi: "Siqaret onun problemidi. Mənə qalsa, tərgitsə, səhhətinin qeydinə qalmış sayılar. Amma hər oyunda iki qol vurub gündə on siqaret çəkməsi daha gözəl olar”.

 

Nə mətbuatın təzyiqinə, nə azarkeşlərin atmacalarına, nə də məşqçilərin tələbinə önəm verən qaradərili forvard hazırda siqaret çəkir. Hər oyundan əvvəl və sonra... İmkan versələr, vacib oyunların fasiləsində də ciyərlərinə acı tüstü doldurar.

 

Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

25 May 2025
01:04

İtaliya A Seriyası: "Milan" mövsümü qələbə ilə başa vurdu

00:33

Türkiyə Super Liqası: "Qalatasaray" səfərdə inamlı qələbə qazandı

00:08

Minifutbol: İkinci tura yekun vuruldu

24 May 2025
23:50

"Şamaxı"dan 5-i getdi, 4-ü qaldı, 1-i gəldi

23:31

"Bu qələbə kubok oyununda bizə özgüvən verəcək" - Vasili Berezutski

23:10

Murad Musayev Rusiya çempionu oldu

22:43

"Seleksiyaya çoxdan başlamışıq" - Samir Abasov

22:05

Qurban Qurbanov “Barselona”nın düşərgəsində - FOTOLAR

21:23

MPL: "Qarabağ" "Şamaxı"nı, "Sabah" isə "Neftçi"ni 1 qolla yendi

21:07

Avarçəkənlərimiz “Bratislava Reqatası”na qızıl medalla başladı

20:41

"Çempionatda sponsorsuz yeganə komanda bizik" - Ayxan Abbasov

20:22

Qurban Qurbanov "Şamaxı" ilə oyundan sonra nə danışdı?

20:03

İPL-də mövsümün ən yaxşı oyunçusu bilindi

19:38

"Ola bilər gedən olsun" - Qurban Qurbanov Benzia ilə bağlı durumu anlatdı

19:17

Ayxan Abbasov U-21-ə 30 futbolçu çağırdı

18:10

"Sumqayıt"da 17 yaşlı debütant

17:50

Minifutbol: Bakıda ardıcıl iki oyunda qalib müəyyənləşmədi

17:15

Kamal Bayramov karyerasını rəsmən başa vurdu

17:00

Azərbaycan millisi İspaniya toplanışını başa vurdu

16:30

Azərbaycan kubokunun qalibi müəyyənləşdi

15:59

"Barselona"nın ulduzu Fransanı seçdi - SON DURUM

15:23

"Araz-Naxçıvan" "Zirə" ilə oyuna 4 itki ilə çıxacaq - ADLAR

14:52

Minifutbol: Qana İsraillə bacarmadı

14:30

Konte çempionluq təəssüratlarını bölüşdü - "Mən də qalibəm, o da"

13:51

Premyer Liqa klubunda yeni müqavilə - RƏSMİ

13:19

A Seriyasında mövsümün ən yaxşı məşqçisi elan olundu - FOTO

12:55

Conatan Tanın növbəti mövsümə harada başlayacağı bilindi - Rəsmi açıqlanma an məsələsidir

12:24

Dünya kuboku: Azərbaycan Kanadaya qarşı

11:46

Yüksək Liqa: Son turun oyun cədvəli açıqlandı

11:27

Neymar "Santos"un kubokdan qovulmasına əngəl ola bilmədi

10:56

Konte İtaliya futbolunun tarixinə düşdü

10:18

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

09:59

Minifutbol: İkinci tura yekun vurulur

09:00

Ronaldo azarkeşlərin təzyiqinə dözmədi

01:07

İspaniya La Liqası: Son turun ilk oyununda qollu bərabərlik

23 May 2025
23:42

Elvin Məmmədov son oyundakı yenilgi barədə nə dedi?

23:07

Vurğun Hüseynov darmadağını şərh etdi

22:44

"Real Madrid"in Modriçi kiminlə əvəzləyəcəyi bilindi

22:11

Della Maddalena İslamı yenmək üçün kimdən kömək istəyəcək? - Özü dedi

22:06

Vüsalın komandası səfərdə də uduzub Super Liqa şansını itirdi

Facebookdan bizi izləməyi unutmayın.
X