İngiltərənin "Mançester Yunayted” klubunun və Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldu "Instagram" sosial şəbəkəsində 400 milyon izləyici sayına çatan ilk şəxs olub.
Fanat.Az xəbər verir ki, əvvəllər sosial şəbəkənin heç bir istifadəçisində belə göstəricilər olmayıb.
Model Kayli Cenner (308 milyon) və PSJ-nin hücumçusu Lionel Messi (306 milyon) da "Instagram"da ən çox izlənən insanlar arasındadır.