Avropa Liqasında 1/16 final mərhələsi başa çatıb.
Fanat.Az xəbər verir ki, mərhələnin güclü külək üzündən 1 gün "sürüşdürülən” son dueli reallaşıb. "Zalsburq” Frankfurt "Ayntraxt”ını qəbul edib.
Öz meydanında rəqibini 4:1 hesabıyla yenən "Ayntraxt" səfərdə 2:2 hesablı bərabərliyə razılaşaraq adını 1/8 finala yazdırıb.
Almaniya təmsilçisi 1/8 finalda İsveçrə "Bazel”i ilə münasibətlərinə aydınlıq gətirəcək. Tərəflərin ilk oyunu martın 12-də Frankfurtda, cavab görüşü isə ayın 19-da Bazeldə keçiriləcək.
Avropa Liqası
1/16 finalın cavab oyunu
28 fevral
Zalsburq (Avstriya) – Ayntraxt (Almaniya) 2:2
Qollar: Ulmer, 10. Onquene, 72 – A.Silva, 30; 83.
Fanat.Az