İtaliyada 3 futbolçu koronavirusa yoluxub.
Fanat.Az xəbər verir ki, hər 3 futbolçu C Seriyasının A qrupunda çıxış edən "Pyaneze" klubunun üzvüdü. Onlarla yanaşı, klubun bir əməkdaşı koronavirus epidemiyasına yoluxub.
Bu barədə məlumat yayan klub virusa yoluxan futbolçularının və əməkdaşının adını açıqlanmayıb.
Qeyd edək ki, bu, ölkədə futbolçular arasında 4-cü yoluxma halıdır. Daha əvvəl Syen əyalətini təmsil edən komandanın oyunçusunda da koronavirus üzə çıxıb.
İtaliyada virusa 600-dən çox yoluxma halı aşkarlanıb. Yoluxanların 17-si dünyasını dəyişib.
Fanat.Az