"Lids"in qapıçısı Kiko Kasilyaya ağır cəza verilib.
Fanat.Az xəbər verir ki, İngiltərə Futbol Assosiasiyası ispan qapıçını 8 oyunluq diskvalifikasiya edib.
Buna səbəb qolkiperin ötən ilin sentyabrında Çempionşipin IX turunun "Çarlton"la matçında (1:0) rəqib komandanın konqolu futbolçusu Conatan Lekoya qarşı irqçilik etməsi səbəb olub. 5 ay davam edən araşdırmadan sonra Kikoya 8 oyun cəza verilib və 60 min funt-sterlinq cərimələnib.
Qeyd edək ki, Kiko Kasilya "Lids"ə ötən yay "Real"dan keçib.
Fanat.Az