Gürcüstan çempionatının ilk turunun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçu Nicat Qurbanovun formasını geyindiyi "Samtredia” səfərdə "Lokomotiv”lə (Tbilisi) qarşılaşıb. Görüş ev sahibi komandanın 3:1 hesablı qələbəsi ilə sona çatıb.
Nicat da oyunun iştirakçısı olub. O, 76-cı dəqiqədə meydana daxil olub. "Samtredia” kbu il əsas liqaya vəsiqə qazanıb.
Fanat.Az