"Barselona"nın sabiq müdafiəçisi Dmitri Çiqrinski "Wacko Live" "YouTube" kanalına müsahibəsində maraqlı məqamlara toxunub.
Fanat.Az xəbər verir ki, ukraynalı futbolçu Zlatan İbrahimoviç və Pep Qvardiola arasındakı münaqişədən bəhs edərkən isveçli futbolçunun katalon mütəxəssisi "gey" adlandırdığını vurğulayıb:
"Barselona"da daha çox İbrahimoviç və Maksvellə dostluq edirdim. Zlatan çox qeyri-adi biridi. İbra elə tanıdığınız adamdı. Sadəcə, düşünürəm ki, onu başa düşənlərin sayı elə də çox deyil. İnsanlar onun özünü göstərməyi sevdiyini düşünür, bu səbəbdən təkəbbürlü hərəkətlər etdiyini iddia edirlər. Əslində isə bu, İbranın təbii halıdı. O, adının tez-tez intriqalarda hallanmasını sevmir.
Yadımdadı, Kiprdə İsveçlə hazırlıq oyunumuz var idi. İbrahimoviç mənə yaxınlaşdı və Qvardiolanı nəzərdə tutaraq dedi: "Mən bu geydən canımı qurtarmalıyam". Zlatan Peplə əməkdaşlığa son qoymaq istəyirdi".
Fanat.Az