İtaliya Kubokunun yarımfinal mərhələsinin cavab görüşləri çərçivəsində keçirilməli olan "Yuventus" - "Milan" oyunu koronavirus səbəbindən qeyri-müəyyən müddətə təxirə salınıb.
Fanat.Az xəbər verir ki, qərar Turin prefekturasının istəyi ilə qəbul edilib. "Yuventus" - "Milan" matçı bu gün Bakı vaxtı ilə saat 23:45-də start götürməli idi.
"Yuventus" səlahiyyətli şəxslərin verdiyi istənilən qərara hörmətlə yanaşır. Sağlamlıq məsələsi cəmiyyətimiz üçün prioritetdi", - deyə "Yuventus"un ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Klaudio Albaneze bildirib.
Fanat.Az