Niderland yığmasının baş məşqçisi Ronald Kuman "Barselona"nın təklifini qəbul etmədiyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, Kuman Niderland millisi qarşısında öhdəlikləri olduğu üçün katalon klubuna "yox" cavabı verib. 56 yaşlı mütəxəssis "Diario Sport"a açıqlamasında qeyd edib:
"Doğrudu, "Barsa" mənə təklif göndərmişdi, amma "yox" dedim. Çünki hazırda yığmanın baş məşqçisiyəm və milli qarşısında müəyyən öhdəliklərim var".
Kuman Avro-2020-dən sonra istədiyi vaxt yığmadan ayrılaraq "Barselona"nı çalışdıra bilər. Onun Niderland Futbol Federasiyası ilə olan müqaviləsində belə bir bənd var.
Qeyd edək ki, Ernesto Valverde ilə yollarını ayıran "Barselona" sonda Kike Setyen ilə anlaşmışdı.
Fanat.Az