"Barselona" PSJ-nin hücumçusu Neymarın transferində israr edir. Katalon klubu yay "transfer pəncərəsi" dövründə növbəti dəfə forvardı heyətinə qatmağa çalışacaq.
Fanat.Az xəbər verir ki, Neymar "Barselona"nın prioritet hədəflərindən biridi. Keçid 180 milyon avroya başa gələ bilər.
"El Mundo Deportivo"nun məlumatına görə, PSJ-nin idman direktoru Leonardo ilə münasibətləri pozulan braziliyalı futbolçu bu səbəbdən komandanı tərk edə bilər.
Ötən yay "Barselona" Neymarı transfer etməyə çalışsa da, cəhdlər nəticəsiz qalmışdı. 28 yaşlı oyunçu 2017-ci ildə transfer rekordunu qıraraq 222 milyon avro qarşılığında "blauqrana"nı Paris klubuna dəyişmişdi.
Cari mövsümdə Liqa 1-də 15 matçda meydana çıxan Neymarın aktivində 13 qol, 6 məhsuldar ötürmə var.
Fanat.Az