Martın 2-də Zvonimir Boban "Milan"ın futbol departamentinin rəhbəri postunu tərk etdi.
Fanat.Az xəbər verir ki, yaxın günlərdə texniki direktor Paolo Maldini və idman direktoru Frederik Massaranın da "Milan"dan ayrılacağı gözlənilir. Hazırda baş direktor İvan Qazidislə sözügedən isimlər arasında "soyuq müharibə" gedir. Bu qarşıdurmanın ilk "qurban"ı isə Boban oldu.
55 yaşlı funksioner klubda "təmizləmə" işləri aparmaqda qərarlıdı. "La Gazzetta della Sport"un məlumatına görə, bir neçə gün sonra Maldini və Massara ilə də rəsmən yollar ayrılacaq.
İvan Qazidisin "yeni "Milan" planının mərkəzində Ralf Ranqnik var. Onun Bobanı məlumatlandırmadan almaniyalı ilə razılaşdığına dair iddialar var. Bu məsələ "Milan"ın daxilində narazılığa səbəb olub. Qazidis baş məşqçi, texniki direktor və şef-skaut vəzifələrini Ranqnikə həvalə etmək niyyətindədi.
Fanat.Az