Çempionlar Liqasının final matçına bilet satışı bu gün Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.
Fanat.Az xəbər verir ki, bilet satışının ilkin mərhələsi 12 marta kimi davam edəcək. Bu mərhələdə ümumi futbol azarkeşləri üçün 6 mindən çox biletin satılması nəzərdə tutulub. Hərəyə 20 min bilet olmaqla, toplam 40 min bilet isə Çempionlar Liqasının finalına vəsiqə qazanacaq klubların fanatları üçün ayrılacaq.
1-ci kateqoriya üzrə biletlərin satış qiyməti 600 avro müəyyənləşdirilib. 2-ci, 3-cü kateqoriya biletləri müvafiq olaraq 450 və 180 avroya satılacaq. 4-cü kateqoriyanı seçən azarkeşlər isə 70 avro ödəməli olacaqlar. Çatdırılma xərcləri qiymətə daxildi. Satış UEFA-nın saytı vasitəsilə həyata keçiriləcək.
30 mayda keçiriləcək Çempionlar Liqasının final oyununa İstanbulda yerləşən Atatürk Olimpiya Stadionu ev sahibliyi edəcək.
Fanat.Az